Bu gün Ay tutulacaq

Bu gün Ay tutulacaq
  16 Sentyabr 2016    Oxunub:1791
Bu gün 2016-cı ilin növbəti Ay tutulması hadisəsi baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, saat 20:57-də başlanacaq hadisə 22:55-də maksimum həddə olacaq, saat 00:54-də isə başa çatacaq.

X.Mikayılov bildirib ki, bu da yarım kölgəvarı ay tutulmasıdır:

“Azərbaycanda da bu tutulmanı qismən də olsa müşahidə etmək mümkün olacaq. Lakin bu da kölgəvarı tutulma olduğuna görə, adi gözlə müşahidə etmək çox çətin olacaq. Sadəcə, diqqətlə baxdıqda, xüsusi cihazlarla izlədikdə Ayın işığının qismən zəiflədiyi görünəcək. Rusiyada, Avropada bunu müşahidə etmək mümkün olacaq".

Qeyd edək ki, bu ilin ilk Ay tutulması hadisəsi martın 23-də qeydə alınıb. Saat 13:42-də başlayan hadisənin maksimumu saat 15:48-də olub, saat 17:54-də isə başa çatıb. Bu tutulma Sakit okean, Asiya, Avstraliya, Meksika, Cənubi Amerika və Antraktidada müşahidə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti