Ukrayna PA rəhbərinin müavini qəzada öldü

Ukrayna PA rəhbərinin müavini qəzada öldü
  18 Sentyabr 2016    Oxunub:1863
Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Taranov Kiyevdə Dnepr çayında qəza nəticəsində ölüb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Ukrayna Polisinin təmsilçisi Yaroslav Trakalo açıqlayıb.

İlkin məlumata görə, A. Taranovun idarə etdiyi su motosikleti digər üzən qurğu ilə toqquşub. Hazırda hadisə yerində istintaq qrupu çalışır.

Qeyd edək ki, A. Taranov 26 dekabr 2014-cü ildə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti