Generaldan `İskəndər-M` açıqlaması: `Sarkisyan şou göstərir`

Generaldan `İskəndər-M` açıqlaması: `Sarkisyan şou göstərir`
  19 Sentyabr 2016    Oxunub:14809
“Ermənistanda hərbi parad öncəsi bir sıra silahların nümayiş etdirilməsi bizi qətiyyən narahat etmir”.

Bunu AzVision.az-a ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. Ordu generalının sözlərinə görə, düşmən ölkənin yeni silahlarla təchiz olunmasının Azərbaycan üçün əhəmiyyəti yoxdur.

“Ölkəmiz tərəfindən hər zaman qabaqlayıcı tədbirlər görülür və bu proses hazırda da davam edir. Ermənistan Rusiya istehalı olan silahları mətbuat vasitəsilə nümayiş etdirməklə xalqı ordunun güclü olduğuna inandırmağa çalışır. Ermənistan hakimiyyəti bununla guya Azərbaycan ordusunun qarşısında dura biləcəyinin görüntüsünü yaradır. Aprel döyüşləri ordumuzun gücünü təkcə Ermənistana yox, bütün dünyaya nümayiş etdirdi. Ermənistanda hərb parad ərəfəsində silahların nümayiş etdirilməsi hakimiyyətin göstərdiyi şoudur və biz buna əhəmiyyət vermirik”,-deyə Y.Aydəmirov vurğulayıb.

Qeyd edək k, sentyabrın 21-də İrəvanda Ermənistanın "müstəqilliyi"nin 25 illiyinə həsr olunmuş hərbi parada hazırlıq gedir. Paradöncəsi İrəvan küçələrində əvvəllər heç zaman nümayiş olunmamış silah və hərbi texnikanın mövcudluğu müşahidə edilib.

Ermənilər küçələrə 500 km-ə qədər məsafəyə zərbə endirməyə imkan verən "İsgəndər-M" operativ-taktiki raket kompleksi (OTRK), "İnfauna" və R-325U kimi radioelektron mübarizə və maneə kompleksləri, eləcə də "Smerç" reaktiv yaylım atəşi sistemləri, "BUK" zenit-raket kompleksləri çıxarıblar.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti