Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayır - Siyahı

Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayır - Siyahı
  20 Sentyabr 2016    Oxunub:3400
Məktəbəhazırlıq qrupları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək.
Hazırda BŞTİ tərəfindən məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün şəraitin öyrənilməsi məqsədilə monitorinqlər həyata keçirilir. İdarədən AzVision.az-a verilən məlumata görə, hazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəb şəbəkəsinin genişləcəyi gözlənilir.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar aşağıdakı sənədlər əsasında qəbul ediləcəklər:

1. məktəbin direktorunun adına ərizə;
2. uşağın mübadilə vərəqəsi;
3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
4. uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli

Oktyabrın 1-dən mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və “"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil ediləcək.

Ümumi siyahıya BURADAN baxa bilərsiniz.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti