Gültəkin Hacıbəylinin mitinq yalanı - FOTOFAKT

Gültəkin Hacıbəylinin mitinq yalanı - FOTOFAKT
  20 Sentyabr 2016    Oxunub:27448
Milli Şura ilə Müsavat Partiyası arasında mitinq qalmaqalı pik həddə çatıb. Buna səbəb Milli Şuranın 24 sentyabrda mitnq keçirməkdən imtina etməsidir. Ötən gün qurumun Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin bununla bağlı yaydığı açıqlama müsavatçıların etirazına səbəb olub. Ardınca Milli Şura üzvü Gültəkin Hacıbəylinin yazdığı status qalmaqalı daha da alovlandırıb.

G.Hacıbəyli məlum statusunda Müsavat partiyasını ittiham edərək başqa Arf Hacılını ələ salıb: “Milli Şura 24 sentyabr mitinqi ilə bağlı 17 sentyabr mitinqində çağırış etməyib, elan verməyib, Koordinasiya Mərkəzində mitinqlə bağlı heç bir qərar qəbul etməyib, event yaratmayıb. MŞ-nın heç bir üzvü 24 sentyabrla bağlı status yazmayıb, çağırış etməyib. Milli Şuranın 24 sentyabrda mitinq edəcəyini Müsavatıın 18 sentyabr mitinqində Müsavat başqanı Arif Hacılı elan edib”.



G.Hacıbəyli növbəti şərhində yaranmış anlaşılmazlığı düzəltmək üçün Müsavatı mitinq keçirməyə səsləyib. Hansı ki, o, Müsavatın mitinq keçirə bilməyəcəyini bilərək bu çağırışı edib və rəqiblərini məzxərəyə qoyub.



Müsavat başqanının müavini Elman Fəttah Gültəkin Hacıbəyliyə cavab olaraq "Facebook" səhifəsində Milli Şuranın mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətin fotosunu yayıb. O, bununla başda Gültəkin Hacıbəyli olmaqla Milli Şura rəhbərliyinin yalanını ifşa edib.

E.Fəttah qeyd edib ki, Milli Şura mitinqlə bağlı bir neçə gün öncə mediaya açıqlama verib: "Biz də ona görə insanları həmin mitinqə çağırmışıq. Niyə narazıdırlar, anlamıram".



Qeyd edək ki, Milli Şura 24 sentyabra mitinqin təyin olunması haqda sosial şəbəkələrdə, müxtəlif KİV-lərdə təbliğat aparıb. Müsavatçılar bunu təsdiq edən məktubun skrinini yayıblar.



AXCP sədrinin müavini Gözəl Bayramlı Müsavat Partiyası sentyabrın 18-ə mitinq təyin edəndə bəyan etmişdi ki, Milli Şura 11, 17 və 24 sentyabrda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. G.Bayramlı sonradan statusa dəyişiklik edərək 24 sentyabrda mitinqin keçirilməsi hissəni redaktə edib. Cəbhəçilər statuslara əl gəzdirdikdən sonra mitinqin keçirilməyəcəyi haqda qərarı elan ediblər.

Gültəkin Hacıbəylinin yalanını təkcə Müsavatçılar deyil, AXCP sədri Əli Kərimli də istəmədən ifşa edib. Əli Kərimli deyir ki, onlar sadəcə hər ehtimala qarşı 11 sentyabr mitinqindən öncə Bakı şəhər icra hakimiyyətinə üç mitinqlə bağlı müraciət göndəriblər. Ancaq sonradan siyasi qərar olmadığı üçün mitinq təxirə salınıb.

Yəni, Əli Kərimli açıq şəkildə deyir ki, 24 sentyabrda mitinq keçirmək istəyiblər, amma sonradan bu fikirdən vac keçilib.

Reallıq göstərir ki, Referendum ərəfəsində baş tutan zəif mitinqlərdən sonra Milli Şura, istərsə də Müsavat partiyası xalq arasında daha da biabır olmamaq üçün mitinq keçirməyə risk etmək istəmir, günahı bir-birinin üzərinə atmağa çalışırlar.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti