Azərbaycanla Avropa Parlamenti arasında müqavilə hazırlanır

Azərbaycanla Avropa Parlamenti arasında müqavilə hazırlanır
  20 Sentyabr 2016    Oxunub:1244
“Azərbaycan bizim üçün mühüm ölkədir. Biz bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq”.
AzVision.az xəbər verir ki, bunu Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim prezident İlham Əliyevlə görüşü zamanı deyib. O, ötən il qəbul olunan sənədlə bağlı yaranan çətinliklərin dəf ediləcəyinə və əlaqələrimizin irəliyə aparılacağına ümidvar olduğunu bildirdi. Hazırda Azərbaycanla əhatəli müqavilə üzərində işə böyük önəm verildiyini diqqətə çatdırdı.Sayyad Kərim ölkəmizlə “Cənub” qaz dəhlizi ilə bağlı əməkdaşlıq işinə sadiq olduqlarını bildirdi. Sayyad Kərim Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirdi.

Avropa Parlamentinin Finlandiyadan olan deputatı, Yaşıllar qrupunun təmsilçisi Heydi Hautala Prezident İlham Əliyevə səmimi və konstruktiv çıxışına görə minnətdarlıq etdi. O, Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduqlarını bildirdi. Azərbaycanda dünyəvi cəmiyyətin qurulduğunu və bunun çox mühüm hal olduğunu, Azərbaycanın İslam aləmində mühüm dünyəvi ölkələrdən birinə çevrildiyini deyən Heydi Hautala Avropa və Azərbaycan vətəndaşları arasında təmasların genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Avropa Parlamentinin Rumıniyadan olan deputatı, Avropa Xalq Partiyasının təmsilçisi və xarici ölkələr komitəsinin üzvü olan Ramona Manesku dedi ki, dünyəvi cəmiyyətin qurulması, uğurlu islahatların həyata keçirilməsi baxımından Azərbaycan müsəlman ölkələri içərisində bir nümunədir. Ölkəmizin müdrik xarici siyasət yürütdüyünü deyən Ramona Manesku bu siyasət nəticəsində Azərbaycanın uğurlu balans əldə etdiyini bildirdi. Daha sonra o, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladı və bu siyasəti davam etdirəcəklərini qeyd etdi.

AzVision.az


Teqlər:





Xəbər lenti