Tanınmışlar Referenduma `HƏ` deyir - SORĞU

Tanınmışlar Referenduma `HƏ` deyir - SORĞU
  21 Sentyabr 2016    Oxunub:3119
Bildiyimiz kimi, sentyabrın 26-da Azərbaycanda konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı referendum keçiriləcək. Ümumxalq səsverməsinin keçiriləcəyi günə artıq 5 gün qalıb.

AzVision.az ölkənin tanınmış sənət adamları arasında sorğu apararaq onların referenduma neçə hazırlaşması ilə bağlı fikirlərini öyrənib.

Əməkdar artist Aybəniz Həşimova bildirib ki, referendumda iştirak etmək hər bir şəxsin vətəndaşlıq borcudur.



Tanınmış müğənni sevənlərini Referendumda iştirak etməyə çağırıb: “Sentyabrın 26-da hər birimiz səsvermədə iştirak etməliyik. Mən də seçki məntəqəsinə gedib, konstitusiyamıza dəyişikliklər prosesində iştirak edəcəyəm”.

Azərbaycanın xalq artisti Bilal Əliyev ailəsi ilə birgə referendumda iştirak edəcək. O, da sevənlərini referendum “hə” deməyə səsləyib.



Bəsətkar Elza Seyidcahan Referendum münasibətilə mahnı bəstələdiyini deyib: “Mən ölkədə baş tutan bütün seçkilərdə iştirak etmişəm. Ailə üzvülərimlə birgə qeydiyyatda olduğum rayon üzrə səs vermişik. Azərbaycanımızın gələcəyinə inanırıq. Ölkəmizin gələcəyi naminə mahnılar bəstələyən Qara Qarayev, Uzeyir Hacıbəyov, Fikrət Əmirovun davamçısı olaraq qələbə marşları, uvertura, vətənpərvər musiqilər bəstələmişəm. Onları referendum ərəfəsi səsləndirəcəyəm”.



Müğənni Baloğlan Əşrəfov və Manaf Ağayev də sentyabrın 26-da referendumda ailələri ilə birgə iştirak edəcəklərini bildirib.



“Referendumda iştirak etmək, dövlətimizin gələcəyi namidə Referenduma “hə” demək hər birimizin vətəndaşlıq borcudur. Bizi sevən insanları Referenduma iştirak etməyə, dövlətimizə dəstək olmağa çağırırıq”.



Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva Referendumda ailə üzvləri ilə birgə iştirak edəcəyini söyləyib.

“Referendumda bütün ailə üzvlərimlə birlikdə iştirak edəcəyəm. Dövlətini, dövlətçiliyini sevən bir vətəndaş kimi cənab Prezidentin Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı verdiyi təklifi dəstəkləyəcəyəm. Hesab edirəm ki, ölkə başçısının verdiyi bu təklif cənab Prezidentin uzaqgörən siyasətidir, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyinə hesablanmış addımıdır”.



N.Dostəliyeva daha sonra sevənlərinə müraciət edib: “Mən sentyabrın 26-da keçiriləcək, referendumla bağlı bütün sevənlərimə üz tutub onları ümumxalq səsverməsində aktiv iştirak etməyə səsləyir, Azərbaycanımızın gözəl gələcəyi naminə dövlət başçımızın Konstitusiyaya etdiyi dəyişikliklərlə bağlı təklifini dəstəkləməyə çağırıram”.

AzVision.az


Teqlər:  





Xəbər lenti