`Venesiya Komissyasının rəyi düzgün deyil` - PA rəsmisi

`Venesiya Komissyasının rəyi düzgün deyil` - PA rəsmisi
  21 Sentyabr 2016    Oxunub:1789
Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsinə münasibət bildirib.

AzVision.az “Report”-a istinadən xəbər verir ki, Ş.Əliyev keçidiyi mətbuat konfransında bildirib ki, Azərbaycan hökuməti Venesiya Komissiyası ilə həmişə əməkdaşlıq edib.

O deyib ki, bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub: “Yadıma gəlmir ki, Venesiya Komissiya bu və ya digər məsələ ilə bağlı 3 ay müddətinə rəy versin. Yəni, bu rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi. Bu prosedur kobudcasına pozulub. Bilirsiz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb. Cəmi iki həftə müddətində baş verib”.

“Venesiya Komissyasının rəyi düzgün deyil”-deyən Şahin Əliyev bildirib ki, qeyd edilir ki, bu rəy Azərbaycan Konstitusiyasındakı 159-cu maddəyə əsaslanıb: “Azərbaycan Konstitusiyasında 159-cu maddə yoxdur.

Ş.Əliyev qeyd edib ki, vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir: “Onların iradları hansı demokratik standartlara əsaslanır? Belə bir şey yoxdur. ABŞ-ı hamı demokratik ölkə kimi tanıyır. Bu ölkədə vitse-prezidentlik institutu var. Onları heç kim anti-demokratik adlandırmır”.

PA-nın şöbə müdiri xatırladıb ki, Nazirlər Kabinetinin ishalatlarının önündə getməməsi ilə bağlı yazılar dərc olunub: “Nazirlər Kabinetinin instiusional quruluşu bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Yəni, islahatlarla bağlı çevik funksiyasını tam başa çatdıra bilmir”.

O deyib ki, Venesiya Komissiyası rəyində heç bir ölkənin təcrübəsinə əsaslanmır: “Referenduma çıxarılan layihələr Konstitusiyaya uyğunlaşdırılıb. Prezidentn səlahiyyət müddətinin 7 ilə çatdırılması məsələsi də mübahisələndirilib. Dünyanın bir çox ölkəsində belə bir müddət var. Hər 5 ilin 3 ilini Azərbaycan seçki qızdırması şəraitində yaşayır. Bu vəziyyətdə çıxış yolu prezidentin səlahiyyət müddətinin 7 ilə uzadılmasıdır”

AzVision.az


Teqlər:  





Xəbər lenti