Forst Azərbaycana hesab ata bilmədi – TƏHLİL

  23 Sentyabr 2016    Oxunub : 4211
Forst Azərbaycana hesab ata bilmədi – TƏHLİL
BMT-nin xüsusi məruzəçisi Mişel Forstun Azərbaycanda insan haqları ilə bağlı təqdim etdiyi hesabat bundan öncəkilərdən heç nə ilə fərqlənmir: siyasi sifariş, qeyri-şəffaflıq, gülünc iddialar hesabatın qayəsini təşkil edir.

Qərəz maşını yenə “siyasi məhbus” oyunu, insan haqlarının pozulması, vətəndaş cəmiyəti və KİV nümayəndələrinə təzyiqlər üzərində qurulub. Bunlar isə köhnəlmiş, əhəmiyyətini itimiş bəhanələrdən başqa bir şey deyil və Azərbaycanı qətiyyən narahat etmir.

Forst hesabatı necə hazırlayıb?

Cənab Forst hesabatla bağlı ötən gün Bakıda mətbuat konfransı keçirdi. İlk baxışdan onun fikirləri radikal müxalifətçilərin dediklərindən heç nə ilə fərqlənmirdi. Sanki jurnalistlərin qarşısında BMT-nin xüsusi məruzəçisi yox, Əli Kərimli, Leyla Yunus, Xədicə İsmayıl əyləşmişdi. Çıxışlar oxşar tezislər üzərində qurulmuşdu. Bu səbəbdən jurnalistlərin Forsta ünvanlayacağı xeyli sual vardı, amma...

Birinci sual:

- Hesabat nəyə və hansı mənbələrə əsasən hazırlanıb?

Forts ilk sualdan məharətlə yayınmağı bacardı. O, hesabatın necə hazırıandığını açıqlamadı, əksinə, jurnalistlərə yarızarafat, yarıciddi “siz məni təxribata çəkmək istəyirsiniz” deyə cavab verdi.

Səbəb məlumdur. Forst və onun sifarişçiləri üçün Azərbaycan, bu ölkədəki durum, insan haqları qətiyyən maraqlı deyil. Onun ali missiyası ləkələmə kampaniyasını davam etdirmək, dövlətin nüfuzuna, iqtidarın imicinə xələl yetirməkdən ibarətdir. Belə olmasaydı, məruzəçi jurnalistlərin sualına cavab olaraq açıq şəkildə hesabatın necə hazırlandığını, hansı araşdırmalar nəticəsində ərsəyə gəldiyini bəyan edərdi.

BMTjurnalisler etiraz.jpg"/>

BMT rəsmisi mətbuat konfransında çirkin kampaniyanın oyunçusu olduğunu gizlətmirdi. Özü də yaxşı başa düşür ki, hesabat onların himayədarlıq etdiyi müxalifət nümayəndələrinin, Azərbaycanı gözdən salmağa çalışan bəzi Qərb dairələrinin maliyyələşdirdiyi QHT-lər tərəfindən təqdim olunan, heç bir fakta əsaslanmayan sənədlər əsasında hazırlanıb. Xüsusi araşdırmadan söhbət belə gedə bilməz.

Sənəddə ölkəmizdə insan haqları ilə bağlı görülən işlər, keçirilən mühüm tədbirlər barədə bir cümlə də olsun, qeyd olunmayıb. Burada hansı şəffaflıqdan danışmaq olar?

Yenə cavab yoxdur. Forst ağzına su alıb növbəti sualı gözləyir...

- Niyə hesabatda qaçqınların hüquqları ilə bağlı məsələ qaldırılmayıb? Siz mandatınızın bütün insan hüquqları ilə bağlı olduğunu qeyd edirsiniz. Erməni girovluğunda saxlanan iki azərbaycanlı ilə bağlı hesabatınızda heç nə yoxdur. Bunu necə izah edərdiniz?

Forts cavabında bu məsələnin onun səlahiyyətlərinə daxil olmadığını, ümumiyyətlə, maraqlandırmadığını qeyd etdi. Bunu necə başa düşək? Söhbət Azərbaycanda insan haqlarından gedirsə, bir milyondan çox vətəndaşın qaçqın və məcburi köçkün düşməsi onların hüquqlarının pozulması demək deyilmi? Yaxud, öz dədə-baba yurdlarına gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz olaraq girovluqda saxlanılmasına nə ad vermək olar? Onların hüquqları yoxdurmu? Təbii ki, sualların sayını artımaq olar, cavab verən olsa...

Özünün etiraf etdiyi kimi, bu məsələr Fortsun “səlahiyyətləri”ni aşır, sıravi insanların hüquqları onun üçün hesabat mövzusu deyil.

Görünən odur ki, cənab Fortsun “fövqəladə səlahiyyətləri” başına kartof düşən cəbhəçinin, dövlətinə xəyanət edən Yunusların, dabanına tüpürüb Almaniyaya qaçan Emin Millinin, Əli Kərimli və Xədicə İsmayılın “hüquqları”nı qorumaqdan ibarətdir.

Azərbaycana qara eynəklə baxan məzurəçini nə qaçqın problemi, nə də Kəlbəcər girovlarının işgəncələrə məruz qalması maraqlandırır.

Növbəti sualar səslənir:

- Hesabatınızda həbslərlə bağlı məsələlərə toxunulur. Siz həmin faktları araşdırmısınızmı?

- Hesabatınızda bəzi ifadələr sözbəsöz beynəlxalq QHT-lərin hesabatından götürülərək, təkrarlanıb. Sizin öz müstəqil yanaşmanız yoxdur?


Cavab yenə açıq qalır və Forts susur.

Forst ona görə susur ki, cavab verməyə söz tapmır. Adam axı nə desin?! Bir milyondan çox insanın, girovlarının tapdalanan hüquqları ilə maraqlanmadığı halda hansı araşdırmadan, hansı yanaşmadan danışa bilər. Bu da onun Azərbaycana qarşı münasibətinin və ermənipərəst mövqeyinin açıq göstəricisidir.

Forts təkcə buna görə susmurdu. Prezident İlham Əliyevin avropalı deputatlarla görüşündə onların əsl simalarını ifşa etməsi, qərəzli məlumatlara faktlara cavab verməsi Forts və onun kimilərə əsl dərs oldu.

Anar Rüstəmov
AzVision.az

Teqlər: