Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir
  30 Sentyabr 2016    Oxunub:1404
Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə "Avropa Parlamenti ilə Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında" layihə daxil edilib.
AzVision.az xəbər verir ki, layihə parlamentin bu gün keçiriləcək toplantısında müzakirə olunacaq.

Bununla da Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı bərpa edir.

Qeyd edək ki, ötən il Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib. Bundan sonra Azərbaycan Milli Məclisi Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti