Milli Məclisdə tələbələrin problemi qaldırıldı

Milli Məclisdə tələbələrin problemi qaldırıldı
  30 Sentyabr 2016    Oxunub:1536
“Azərbaycanda tələbələrə kreditlərin ayrılması ilə bağlı problemlər mövcuddur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, bir müddət əvvəl Azərbaycanda Tələbə Kredit Fondu yaradılsa da, bu quruma cəmi 11 universitet üzv olub:

“Bu sahədə problemlər tam həllini tapmayıb. Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir”-deyə deputat söyləyib.

Deputat Məlahət İbrahimqızı çıxışı zamanı I qrup sağlamlıq imkanları məhdud olan tələbə gənclərlə bağlı məsələni qaldırıb. Millət vəkili deputat qeyd edib ki, bu qrupa daxil olan tələbələr təhsil haqqından azad edilsələr yaxşı olardı: “Nəsimi rayonunda iki belə tələbə var. Onlar yüksək bal yığıb universitetə daxil olublar, ancaq pullu ixtisasa düşüblər, ödəməyə imkanları yoxdur. Onların da ödənişdən azad olunmaları ilə bağlı məsələyə baxılmasını təklif edirəm”.

Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, qanunvericilikdə bu məsələ nəzərdə tutulub, amma problem bir daha araşdırılacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti