`Ölkədə kriminogen durum nəzarət altındadır` - Zakir Qaralov

`Ölkədə kriminogen durum nəzarət altındadır` - Zakir Qaralov
  01 Oktyabr 2016    Oxunub:1442
"Azərbaycanda kriminogen durum tam nəzarət altındadır".

AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Onun sözlərinə görə, ölkədə rezonans doğuran işlərin bir çoxunun istintaqı müvəffəqiyyətlə aparılıb: "Həmin işlərin bir çoxunun istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib. Bəzilərinin istintaqı davam etdirilib".

Baş prokuror bildirib ki, prokurorluq orqanlarının işində nöqsanların aradan qaldırılması istiqamətində işlər görülür.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti