`Ukraynanın Baş prokuroru müraciətimizə ciddi yanaşıb` - Zakir Qaralov

`Ukraynanın Baş prokuroru müraciətimizə ciddi yanaşıb` - Zakir Qaralov
  01 Oktyabr 2016    Oxunub:1169
"Ukraynada öldürülən azərbaycanlı ilə bağlı Ukraynanın Baş Prokurorluğu ilə rəsmi yazışmalarımız mövcuddur. Onlarla telefon əlaqəsi yaratmışıq. Ukraynanın baş prokuroru müraciətimizə ciddi yanaşıb".
AzVision.az-ın xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Z.Qaralov bildirib ki, Ukraynanın baş prokuroru bütövlükdə zərərçəkmiş azərbaycanlılarla bağlı cinayət işlərini nəzarətə götürüb: "Bu yaxınlarda Ukraynadakı azərbaycanlı icmasının sədri və digərləri Ukrayna baş prokurorunun qəbulunda olacaq. Bütün bu işlər üzrə tədbirlər görülür".

AzVision.az


Teqlər:  





Xəbər lenti