Prokurorluğun mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, tədbirdə çıxış edən hərbi prokuror Xanlar Vəliyev bildirilib ki, Azərbaycanın hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar və hüquqi təminat şöbəsi, xüsusi istintaq və maddi-texniki təminat şöbələri, eləcə də prezidentin sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılıb.
X. Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluğunun maddi-texniki bazasının müasir standartlar səviyyəsində daha da möhkəmləndirilməsi sahəsində işlər görülməklə bir neçə yeni inzibati bina tikilib və əsaslı təmir olunub.
Sonda hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev xidmətdə fərqlənən bir qrup əməkdaşa hərbi rütbələr təqdim edib.
AzVision.az