Anası hələ də Şahbazın girov düşdüyünü bilmir - Video

Anası hələ də Şahbazın girov düşdüyünü bilmir - Video
  02 Oktyabr 2016    Oxunub:3634
Ermənilərin girovluğunda olan Şahbaz Quliyev ailəsinə növbəti dəfə məktub göndərib.
AzVision.az ARB Aran-a istinadən xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məktubu onun Tərtər rayonu ərazisində yaşayan yaxınlarına çatdırıblar.

Girovun bacısı İlhamə Əsgərova deyir ki, o, məktubunda durumunun yaxşı olduğunu bildirib, salamlarını çatdırıb.

“Sonuncu məktub bir neçə gündür göndərilib. Şahbazın vəziyyətində ciddi dəyişiklik yoxdur. Durumu yaxşıdır”, - deyə Şahbaz Quliyevin bacısı İlhamə Əsgərova bildirib.



5 övlad anası olan Sənəm nənə isə oğlu Şahbazın hələ də Rusiyada olduğunu düşünür. O, deyir ki, kənd yerində yaşamaq onun üçün rahat olduğundan övladlarının yanında qalmır. Elə övladlarının da onu burada ziyarət etməsini istəyir.

“Şahbazın iki qardaşı, iki bacısı var. Onun qardaşları Sumqayıtda yaşayırlar”, - deyə Şahbaz Quliyevin anası Sənəm Quliyeva vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. HəsənHəsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.



Qondarma “məhkəmə” ötən il, dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə “hökm” çıxarıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti