Roma Papası Bakıdadır - Fotolar (Yenilənib)

Roma Papası Bakıdadır - Fotolar (Yenilənib)
  02 Oktyabr 2016    Oxunub:2881
Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gəlib.

Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Zati-müqəddəslərinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Roma Papası Fransiski hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Bu gün Roma Papası Fransisk Azərbaycana səfər edəcək.

AzVision.az xəbər verir ki, Papa oktyabrın 2-də səhər saatlarında Tiflisdən Bakıya gələcək.

Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.





AzVision.az


Teqlər:  





Xəbər lenti