`BakuBus` ittihamlara cavab verdi

`BakuBus` ittihamlara cavab verdi
  03 Oktyabr 2016    Oxunub:1877
Bir neçə gün əvvəl “Bakubus”a məxsus avtobusun sürücüsü ilə bağlı mətbuatda ciddi iradların yer aldığı məlumat dərc olunub. “Bakubus” MMC-nin məsələ ilə bağlı cavabı gecikməyib.
Qurumun mətbuat xidmətinun rəhbəri Mansur Piriyev AzVision.az-a bildirib ki, sərnişindaşıma sahəsində insanlara yüksək xidmət göstərməyi qarşısına məqsəd qoyan “Bakubus” bu cür halların baş verməməsi və ya əvvəlcədən qarşısının alınmasında hamıdan çox maraqlıdır.

“Qeyd edim ki, məqalədə göstərilən şikayətin məzmunu kifayət qədər ciddi araşdırma tələb edirdi. Ona görə də məlumat daxil olan kimi dərhal hadisənin vaxtı, hadisənin baş vermə yeri , avtobus və həmin sürücü araşdırma nəticəsində müəyyən olunmuş, daha sonra isə həmin avtobusda quraşdırılmış videokameraların yaddaşı götürülərək hadisənin baş vermə anı mütəxəssislər tərəfindən izlənilib”.

M.Piriyev qeyd edib ki, hazırda bu hadisənin araşdırılması davam edir və hadisə ilə bağlı ilkin təəssüratlar mövcuddur.
“Sadəcə onu söyləmək olar ki, sürücü qaydaları pozaraq təhlükə yaradan, qəfil avtobusun qarşısına keçən avtomobilə ani reaksiya verərək əyləcdən istifadə etməklə mərkəzi yolda baş verəcək böyük bir qəzanın qarşısını alıb. Bu, videogörüntülərdən çox aydın şəkildə görünür. Ancaq burada digər nüanslar da var ki, onlar aidiyyatı üzrə araşdırma tələb edir. Biz hadisə ilə bağlı yekun nəticənin çıxarılması və obyektiv qərarın verilməsi üçün, şikayətçi tərəfi də “Bakubus”a dəvət etmişik. Hadisənin vedogörüntüləri qarşılıqlı şəkildə izlənildikdən və nəticə aydın olduqdan sonra çox güman ki, həmin videogörüntülər mətbuat vasitəsi ilə ictimaiətə təqdim olunacaq. Eyni zamanda “Bakubus” ictimaiyyət üçün açıq təşkilat olduğundan müraciət edən sərnişinlər şikayətlə bağlı aparılan araşdırmaları əyani şəkildə göstərmək üçün “Bakubus”a gəlib ətraflı məlumat ala bilərlər”.

Qeyd edək ki, mətbuatda “Bakubus”-a məxsus 13 saylı marşurutun sürətlə hərəkət etməsi, qəza vəziyyəti yaratması və sərnişinlərin ciddi xəsarət alması ilə bağlı informasiyalar yayılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti