​OPEC və Rusiya danışıqlara başlayır

​OPEC və Rusiya danışıqlara başlayır
  06 Oktyabr 2016    Oxunub:1203
OPEC ölkələri və Rusiyanın İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresində qeyri-formal görüşü baş tutacaq.
AzVision.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Əlcəzairin energetika naziri Nurəddin Buterfa məlumat verib. Onun sözlərinə görə, görüşdə hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlar aparılacaq.

O, əlavə edib ki, OPEC ölkələri noyabrın 30-da Vyanada keçiriləcək növbəti sammitdə neft hasilatını ilkin nəzərdə tutulan 0,7 mln. barel/gündən daha çox azalda bilər: "OPEC Vyana toplantısında bazarı qiymətləndirəcək. Əgər hasilatın planlaşdırılan 0,7 mln. barel /gün azaldılması kifayət etməsə, bu həcmi artıracağıq".

Xatırladaq ki, Əlcəzairdə keçirilən görüşdə OPEC üzvləri sutkalıq neft hasilatının 32,5 - 33 mln. barrel səviyyəsində məhdudlaşdırılması ilə bağlı qeyri-formal razılıq əldə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti