Azərbaycan və İran münasibətləri müzakirə edilib

Azərbaycan və İran münasibətləri müzakirə edilib
  08 Oktyabr 2016    Oxunub:1588
Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikası xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpuru qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında dostluq və tərəfdaşlıq prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.

Seyed Kazem Sajjadpur Azərbaycana səfəri çərçivəsində ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib.

İki ölkənin diplomatik təlim müəssisələri arasında əlaqələrin inkişafı, tələbə mübadiləsi və birgə seminar və konfransların keçirilməsinin vacibliyini vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti