Ermənilərin qorxulu röyasına çevrilən `İstiqlal` - FOTO

Ermənilərin qorxulu röyasına çevrilən `İstiqlal` - FOTO
  08 Oktyabr 2016    Oxunub:28157
Bu yaxınlarda Bakıda keçirilən “ADEX 2016” sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayperinin yeni versiya ilə yanaşı ilk versiyası da nümayiş etdirilib.

AzVision.az xəbər verir ki, yerli mütəxəssislər tərəfindən hazırlanan "İstiqlal" snayperi MDB və NATO ölkələrində istehsal olunan analoqlarını öz göstəricilərinə görə geridə qoyur.

Çəkisi 33 (yenisi 20 kiloqram) kiloqram olan bu snayper tüfəng çox ağır olmasına baxmayaraq, dəzgah üzərində tətbiq olunur. Bu silahın optik nişangah özəlliyi ilə analoqlarından fərqlənir. Hədəfi məhv etmə məsafəsi 3 min metr olan "İstiqlal" -50 və + 50 dərəcə temperaturlarda belə rahat istifadə oluna bilir.

Darağın tutumu 5 patrondur. 2000 metr məsafədə dəqiq vuruş və beton hasarı dəlib keçmə qabiliyyətinə malikdir. Həmçinin zireh deşən və yandıran patronları da bu tüfəng üçün nəzərdə tutulub. Kalibri 14.5 mm dir. Yağmur, palçıq, qar və toz təsirinə davamlı snayper tüfəngini iki hissəyə ayırmaqla çantada daşımaq mümkündür.

Qeyd edək ki, "İstiqlal" snayper Azərbaycandan başqa Türkiyə, Pakistan və İordaniya ordusunun istifadəsində yer almaqdadır.

Azərbaycanın "İstiqlal" silahı ermənilərdə ciddi təşvişə səbəb olub.



Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti