BMT-də kritik Suriya müzakirəsi - Video

BMT-də kritik Suriya müzakirəsi - Video
  09 Oktyabr 2016    Oxunub:1856
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı iclas keçirilir.
İclasda Fransanın tərtib etdiyi sənəd səsverməyə qoyulacaq. Rusiya isə alternativ bəyanat üzrə səsvermənin keçirilməsini istəyir.

***

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Rusiya Fransanın Suriyaya dair təqdim etdiyi qətnaməsinə veto qoyub.

Sənəd Şuranın 11 üzvünün dəstəyini qazansa da, iki ölkə sənədin əleyhinə səs verib. Daha iki ölkə bitərəf qalıb.

Qətnamədə Fransa Hələb şəhəri üzərində uçuşların qadağan edilməsini, atəşkəs rejiminin bərqərar olmasını və Hələbə humanitar yardımın çatdırılmasının təmin edilməsini tələb edirdi.



AzVision.az


Teqlər:  





Xəbər lenti