Çeçenistanda atışma: Ölən və yaralılar var

Çeçenistanda atışma: Ölən və yaralılar var
  09 Oktyabr 2016    Oxunub:1485
Çeçenistanın Qudermes rayonunda silahlı qrup məhv edilib.
TASS xəbər verir ki, Qudermes rayonunda Engel-yurd və Qerzel yaşayış məntəqələri arasında mobil polis postu qurulub.

Polis yoldan keçən iki minik avtomobilini yoxlama aparmaq üçün dayandırmaq istəyib. Ancaq avtomobillərdən polisə atəş açılıb. Nəticədə 4 polis əməkdaşı yaralanıb. Hüquq-mühafizə orqanları atışmada 7-ə qədər silahlının öldürüldüyünü bildiriblər.

Öldürülən silahlıların şəxsiyyəti müəyyənləşdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti