Sevgilisindən ayrılan qız özünü dənizə atdı

Sevgilisindən ayrılan qız özünü dənizə atdı
  09 Oktyabr 2016    Oxunub:1977
Bakı bulvarında növbəti dəfə intihara cəhd olub.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Dənizkənarı Milli Parkda, “Mirvari” kafesinin yaxınlığında Yasamal rayon sakini, 1987-ci il təvəllüdlü Hətəmova Sevda Xıdır qızı özünü dənizə atmaqla intihara cəhd edib. Parkda olan vətəndaşlar qadını xilas edib.

S.hətəmova intihara cəhd etməsinə səbəb kimi qeyri-rəsmi yaşadığı həyat yoldaşının ondan ayrıldığını göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti