İdmançımız erməni təxribatının qarşısını aldı – VİDEO

İdmançımız erməni təxribatının qarşısını aldı – VİDEO
  09 Oktyabr 2016    Oxunub:7184
MMA üzrə dünya və Avropa çempionu Şəhriyar Abbasovun Maqamed Alibekovla döyüşündən əvvəl maraqlı anlar yaşanıb.
AzVision.az azxəbər-ə istinadən xəbər verir ki, döyüşçümüz zalda qondarma Dağlıq Qarabağ bayrağını görüb və buna etiraz edib.

O aparıcıdan mikrafonu alıb və deyib: “Bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisdir, bura idman meydanıdır, siyasət meydanı deyil. Hər kəsdən xahiş edirəm ki, idmanla maraqlansın”.

O təşkilatçılara müraciət edib və bu məqamların yolverilməz olduğunu deyib.

Qeyd edək ki, döyüş Rusiyanın məşhur “Боец” televiziyası ilə canlı yayımlanıb.




Teqlər:





Xəbər lenti