ABŞ-da qatar qəzası: 4 ölü, 33 yaralı var

ABŞ-da qatar qəzası: 4 ölü, 33 yaralı var
  09 Oktyabr 2016    Oxunub:1321
Nyu-Yorkun 30 kilometr şərqində şəhərətrafı qatar relsdən çıxıb. Qəza nəticəsində 4-ü ağır olmaqla 33 nəfər yaralanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkun Manhattan bölgəsindən yola düşən sərnişin qatarı paralel yolda hərəkət edən təmir qatarı ilə toqquşub. Hadisəyə təmir qatarında olan avadanlıqlardan birinin həddən artıq kənara çıxması olub.

Qəzadan sonra hər iki yolda hərəkət dayanıb. Qəzanın nəticələrinin aradan qaldırılmasına məsul orqanlar hadisə yerində xilasetmə işləri aparırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti