AFFA azarkeşin müalicə xərcini öz üzərinə götürdü

AFFA azarkeşin müalicə xərcini öz üzərinə götürdü
  09 Oktyabr 2016    Oxunub:1465
Millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə matçını izləmək üçün Bakı Olimpiya Stadionuna gedən azarkeşlərdən biri bədbəxt hadisə ilə üzləşib.
Körpüdən yıxılaraq ciddi xəsarət alan Nahid Zahidov təcili yaxınlıqdakı xəstəxanaya aparılıb.

AFFA rəhbərliyi xəsarət almış azarkeşə xəstəxanada baş çəkib.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, hazırda reanimasiyada olan xəstənin vəziyyəti ilə maraqlanan rəhbərlik onun bütün müalicə xərclərini öz üzərinə götürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti