Haitidə üç günlük matəm elan edilib

Haitidə üç günlük matəm elan edilib
  10 Oktyabr 2016    Oxunub:1626
Haitidə “Mettyu” qasırğası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar oktyabrın 9-dan etibarən ölkədə üç günlük matəm elan olunub.
AzVision.az xarici KİV-ə istinadən bildirir ki, ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Joselerm Priver bununla bağlı fərman imzalayıb.

Ötən həftənin əvvəlində sürəti saatda 230 kilometrə çatan qasırğa ölkədə genişmiqyaslı dağıntılar törətməklə yanaşı, həm də 336 nəfərin həyatına son qoyub.

AzVision.az


Teqlər:





Xəbər lenti