Sürücülər bu cərimədən xəbərsizdir - Video

Sürücülər bu cərimədən xəbərsizdir - Video
  10 Oktyabr 2016    Oxunub:6653
İnzibati Xətalar Məcəlləsinə əsasən, yaşayış məntəqələrindən kənarda sağ zolaq boş olduqu halda sol zolaqla hərəkət edən sürücüləri 40 manat cərimə gözləyir.
Həm də yol boyu bu pozuntuya görə sürücülər bir yox, bir neçə dəfə cərimələnə bilər. Əksər sürücülər isə bu qaydadan xəbərsizdir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov xezerxeber.com-a bildirib ki, üstəlik sürücülər uzun yol getdikləri zaman bu xətanı mütəmadi olaraq törədirsə, hər dəfə müşahidə kamerlarının yanında keçərkən onun haqqında cərimə protokolu tərtib edilə bilər.

Amma magistral yolun sağ hərəkət zolaqında hərəkət mümkün olmadığı və yaxud çətin olduqu vaxtlarda sürücülərə sol zolaqda hərəkət etməyə icazə verilir. Belə hal isə ən çox Bakı-Quba yolunda müşahidə edilir. Bu yolun sağ zolaqı dağıldığından sürücülər sol zolaqda getməyə məcbur olurlar.



AzVision.az


Teqlər:





Xəbər lenti