ABŞ-da terror təhlükəsi - Hava limanı boşaldıldı

 ABŞ-da terror təhlükəsi - Hava limanı boşaldıldı
  10 Oktyabr 2016    Oxunub:2043
ABŞ-ın Vaşinqton ştatının Bellinqhem şəhərində yerləşən hava limanında terror təhlükəsi yaşanıb.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, sərnişinlərin əşyalarına baxış keçirilən zaman xüsusi cihaz baqajda partlayıcı maddənin olduğunu göstərib.

Bu səbəbdən sərnişinlər hava limanından təxliyyə ediliblər. Əraziyə polis əməkdaşları və xilasedici briqadalar cəlb olunub.

Hava limanının giriş və çıxışları bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti