Gecə klubunda partlayış

Gecə klubunda partlayış
  10 Oktyabr 2016    Oxunub:1418
İsveçin Malmö şəhərində güclü partlayış baş verib.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, insident şəhərin mərkəzində, “Babel” gecə klubunun qarşısında qeydə alınıb.

Məlumata əsasən, klubun qarşısında partlayıcı qurğu işə düşüb. Bomba binanın əsas giriş qapısının qarşısında partlayıb. Partlayış zamanı klubda heç kim olmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti