`Klinton, səni həbs etdirəcəyəm` - Tramp əsəbiləşdi

`Klinton, səni həbs etdirəcəyəm` - Tramp əsəbiləşdi
  10 Oktyabr 2016    Oxunub:2323
Respublika partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp teledebatlar zamanı hakimiyyətə gələcəyi təqdirdə Hilari Klintonı həbsxanaya saldıracaq.

AzVision.az “CNN”-ə istinadən xəbər verir ki, bu barədə prezidentliyə namizəd Missuri ştatı, Sent-Luisdə keçirilən teledebat zamanı bildirib.

“Sən həbsxanada olacaqsan”, - deyə Tramp Klintonun “Sənin ABŞ prezidenti olmağın yolverilməzdir” replikasına cavab olaraq qeyd edib.

Tramp söz verib ki, prezident seçkiləri zamanı qalib gələcəyi təqdirdə Klintonun xidməti məqsədləri üçün şəxsi elektron poçtdan istifadə halını araşdıracaq xüsusi prokuror təyin edəcəyini bildirib. O, həmçinin şəxsi poçtundan 33 min elektron məktub itməsinə görə də Klintonu üzr istəməyə çağırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti