Sərhədçilər Xəzərdə `terrorçu`ları məhv etdi - Fotolar

Sərhədçilər Xəzərdə `terrorçu`ları məhv etdi - Fotolar
  10 Oktyabr 2016    Oxunub:3467
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyatlarının aparılması və aşkarlanan terror-təxribat qüvvələrinin zərərsizləşdirilməsi ilə bağlı taktiki təlimlər keçirib.
DSX mətbuat mərkəzindən AzVision.az-a bildirilib ki, təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı DSX bölmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyə­tinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava şəraitində sərhəd axtarı­şının aparıl­ması, raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdiş­lərin təkmilləş­diril­məsi olub.



Üç mər­hələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsi ilə bağlı DSX Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə axtarış əməliy­yatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qru­pun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləş­dirilməsi, dayan­dırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi, küt­ləvi qırğın silahlarının kom­ponentlərinin və narkotik vasi­tələ­rin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra edilib.



Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin və Aviasiya Dəstəsinin helikopterlərinin zenit-artilleriya qurğuları və raket kompleks­lərindən günün işıqlı və qaranlıq vaxtla­rında hədəflərə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş apara­tının və tələblərə tabe olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava şəraitində aşkarlanması və məhv edil­məsi üzrə tapşırıqlar yerinə yetirilib.



Təlimlərdə qarşıya qo­yulan vəzifələr tam həcmdə icra olunub. DSX rəisi-Sərhəd Qoşun­larının Komandanı general-polkovnik Elçin Qu­liyev Xəzər də­nizində dövlət sərhəd­lərinin etibarlı mü­hafizəsinin və neft-qaz hasilatı-daşınması infrastruk­turunun təhlü­kə­siz­liyi­nin təmin edilməsinin DSX-nin əsas vəzifələrindən biri olmasını xüsusi vurğulayıb.



Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluq­çular təltif olunublar. Taktiki təlimləri baş nazirinin birinci müavini Yaqub Eyyubov izləyib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti