Məktəbə 150 süpürgə verilib?- Direktordan açıqlama

Məktəbə 150 süpürgə verilib?- Direktordan açıqlama
  10 Oktyabr 2016    Oxunub:8687
“Valideynin məktəbə 150 süpürgə göndərməsi tamamilə yalan məlumatdır”.
Bunu AzVision.az-a açıqlamasında E.Zeynalov adına 1 saylı Hacallı kənd tam orta məktəbin direktoru Səyyarə Zeynalova deyib.

Direktor qeyd edib ki, belə bir hadisə olmayıb:

“Bərdə rayon Təhsil Şöbəsinə, Yevlax Rayonu Təhsil İdarəsinə izahat yazmışam ki, bu iş araşdırılsın. Bu adamın atdığı addım şantajdır. Bu məlumat düzgündürsə valideynin adı qeyd edilsin və araşdırılsın. Tələb edirəm ki, həmin adam tapılsın. Əgər günahkaramsa məni cəzalandırsınlar. Axı məktəbdə belə pul yığımı və s. olmur”-deyə adıçəkilən məktəbin direktoru vurğulayıb.

Qeyd edək ki, bu günlərdə sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, Bərdə rayonun Hacallı kəndindəki orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni “süpürgəpulu” tələbinə qarşı original addım atıb. Belə ki, dəfələrlə məktəbə “süpürgəpulu” yollayan ata bu dəfə 150 ədəd süpürgə alaraq, təhsil müəssisəsinə göndərib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti