Üç erməni, iki azərbaycanlı deputat seçildi – Gürcüstanda

Üç erməni, iki azərbaycanlı deputat seçildi – Gürcüstanda
  10 Oktyabr 2016    Oxunub:4494
Gürcüstanda keçirilən parlament seçkilərində üç erməni əsilli namizəd qalib gələrək deputat adını qazanıb.

Bu barədə AzVision.az erməni KİV-nə istinaən xəbər verir.

Seçki nəticələrinə əsasən Henzel Mkoyan, Samvel Manukyan və Ruslan Pogasyan 2016-2020-ci illərdə Gürcüstan parlamentinin deputatları olacaq.

Hər üç namizəd “Gürcü arzusu” partiyasının namizədləridir.

Gürcüstanda keçirilən seçkilərdə Azərbaycan əsilli deputatlar da səs vermədə qalib gələrək deputat adını qazanıb. Savalan Mirzəyev və Ruslan Hacıyev Gürcüstan parlamentinin deputatı adını qazanıb.

Azərbaycan əsilli digər naməzədlər - Əhməd İmanquliyev və Samirə Bayramova parlament seçkilərinin ikinci turunda mübarizə apacaq.

Ümumilikdə, Gürcüstanda keçirilən parlament seçkilərində 40 Azərbaycan əsilli namizəd iştirak edib.

Qeyd edək ki, Gürcüstan keçirilən parlament seçkilərinin nəticələri bəlli olub.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən “Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb.

Son nəticələrə görə “Vətənpərvərlər Alyansı” 4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. “Azad Demokratlar” 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti