Prezident Nikolas Maduro ilə görüşüb - Foto

Prezident Nikolas Maduro ilə görüşüb - Foto
  10 Oktyabr 2016    Oxunub:1245
Prezident İlham Əliyev bu gün növbəti görüşünü keçirib.
AzVision.az xəbər verir ki, xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirildi. Azərbaycanın və Venesuelanın BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyi vurğulandı, Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimizin əməkdaşlığı qeyd edildi.

Dövlət başçıları ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğuladılar. İqtisadi münasibətlərin genişləndirilməsi üçün çox yaxşı potensialın olduğu bildirildi. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olundu. Həmçinin müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı turizm sahəsində əlaqələrin genişlənməsində viza rejiminin sadələşdirilməsinin yaxşı imkan yaradacağı diqqətə çatdırıldı. Turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə ölkələrimizin münasibətlərinin dərinləşməsi işinə xidmət edəcəyi vurğulandı. Neftin qiymətinin sabitləşdirilməsinin önəminə toxunularaq, bunun üçün OPEC və qeyri-OPEC dövlətləri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin əhəmiyyəti qeyd edildi.









AzVision.az



Teqlər:  





Xəbər lenti