`Əli Kərimli 50 nəfərə arayış satıb`

`Əli Kərimli 50 nəfərə arayış satıb`
  10 Oktyabr 2016    Oxunub:2160
“Əli Kərimlinin mitinqində iştirak edənlərdən 50 nəfər Avropaya yaşamağa gedib. İndi bildiniz, niyə bir qrup gənc Əli Kərimlinin mitinqinə gedirdi? Şəkil çəkdirib, arayış alıb, avropada yaşamaq üçün!”

Bunu AzVision.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bəlli olub ki, bir neçə insan “Azadlıq” qəzetinin müxbiri, Holllandiyada yaşayan Fikrət Hüseynli tərəfindən aldadılaraq Avropa aparılıb və onlardan 2000 avro pul alınmışdı: “Əli Kərimlinin imzası ilə mitinq şəkli ilə yanaşı, partiyanın arayışı da verilir. Əksər insanlar Avropaya köçmək üçün bu cür yollara əl atırlar. Milli Şuranın 11 sentyabrından sonra 50 nəfərin mühacirət etməsi faktı ilə bağlı ölkənin tanınmış saytı məlumat yayıb. Bu, mətbuata bəlli olan 50 nəfərin sayıdır. Ola bilsin ki, bu rəqəm daha çoxdur. 11 sentyabr mitinqindən sonra Əli Kərimli 50 nəfərə arayışın verilməsi müqabilində 100 000 avro qazanıb. Onun üçün əsas olan maddi gəlirin əldə edilməsidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti