Şahin Mustafayev Tacikistan səfiri ilə görüşüb

Şahin Mustafayev Tacikistan səfiri ilə görüşüb
  10 Oktyabr 2016    Oxunub:1172
İqtisadiyyat naziri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

Görüşdə həmçinin, bu il keçiriləcək Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının gündəliyi barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti