Sumqayıtda hamilə qadın mikroba yoluxdurulub? - Rəsmi

Sumqayıtda hamilə qadın mikroba yoluxdurulub? - Rəsmi
  11 Oktyabr 2016    Oxunub:2626
Səhiyyə Nazirliyi Sumqayıt şəhər 1 saylı doğum evində hamilə qadının mikroba yoluxdurulması ilə bağlı məsələyə münasibət bildirib.
Nazirliyin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, Sumqayıt sakini Fərqan Əliyevin həyat yoldaşının həkim səhlankarlığı nəticəsində mikroba yoluxması haqda səsləndirdiyi ittihamlar həqiqəti əks etdirmir.

“Bu fakt sübut olunmalıdır. Həmin hamilə qadın göstərişə uyğun olaraq qeysəriyyə əməliyyatı olunub. Döl böyük olduğundan həkimlər onu əməliyyat ediblər. O isə xəstəxanada qalmaq istəməyib və ərizə yazaraq evə gedib. Hazırda xəstə Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında müalicə olunur və səhhəti normaldır”.

Xatırladaq ki, vətəndaş Fərqan Əliyev Sumqayıt şəhər 1 saylı Doğum Evində həkimlərin səhlankarlığı nəticəsində qeysəriyyə əməliyyatı olan həyat yoldaşına mikrob yolxudurulduğu və onun vəziyyətinin ağır olduğunu deyib. O bildirib ki, yenicə dünyaya gələn övladının mikroblu olduğunu bildirərək uşağa ağır antibiotiklər təyin ediblər. Hər hansı hərarəti olmayan və normal qidalanan uşağı müalicə adı ilə 5 gün xəstəxanada saxladıqdan sonra məlum olub ki, ananın da vəziyyəti yaxşı deyil. Doğuşdan sonra bunun normal olduğunu və qan itirdiyini bildirərək anaya 3 dəfə qan köçürülüb və antibiotiklər təyin edilib. 8 gündən sonra evə buraxılan ananın vəziyyəti kəskinləşib. Fərqan Əliyevin sözlərinə görə, xəstəxanada müayinə edilən həyat yoldaşının əməliyyat zamanı mikroba yoluxduğu məlum olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti