1500-dən çox insan qan verib - Yenilənib

1500-dən çox insan qan verib - Yenilənib
  12 Oktyabr 2016    Oxunub:2374
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, saat 11.00-dək ölkə üzrə 1559 nəfər qan verib. İndiyədək ümumilikdə 701,6 litr qan tədarük olunub.

***

Bu gün saat 10:00-dək Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında 1000-ə yaxın insan qan verib.

Bunu jurnalistlərə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Transfiziologiya və Hemotalogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, qanvermə aksiyasına saat 7-dən start verilib.

***

Aşurə günü ilə əlaqədar Azərbaycanın 15 məscidində qanvermə aksiyası başlayıb.

AzVision.az xəbər verir ki, Səhiyyə Nazirliyininin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında artıq 400 nəfər qan verib.

Elmi Tədqiqat və Hemotologiya və Transfiziologiya İnstitunun direktoru Zöhrə Əlmirzəyeva bildirib ki, Təzəpir məscidində keçirilən qavermə aksiyasında əhalinin fəallığı hiss olunur.

Direktor qeyd edib ki, qan verməyə gələn insanlardan ilk növbədə hansısa xəstəliklərinin olub-olmadığı soruşulur, daha sonra hemoqlabinin səviyyəsi ölçülür və qan götürülür.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti