Fuad Ələsgərov:`Avropada irqçilik, dözümsüzlük artır` - YENİLƏNİB

  12 Oktyabr 2016    Oxunub : 5475
Fuad Ələsgərov:`Avropada irqçilik, dözümsüzlük artır` - YENİLƏNİB
“Yaxın Şərqdə yaşanan miqrasiya problemləri Azərbaycana da təsir edir. Azərbaycana saxta sənədlərlə getdikcə daha çox miqrant daxil olmağa çalışır”.

Bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclasında çıxışı zamanı deyib.

"Bu gün bütün bir regionun taleyinə təsir edə biləcək miqrasiya proseslərinə ən bariz nümunə kimi Suriyadan milyona yaxın qaçqının kütləvi şəkildə Avropaya gedişini göstərmək olar. Müharibənin dəhşətlərində qaçmaq istəyən yüz minlərlə suriyalı qaçqın Avropa ölkələrinə üz tutub. Lakin təəssüflər olsun ki, Avropa ölkələri nəyinki miqrant axının effektiv tənzimləmək bacarıqlarını nümayiş etdirir, əksinə onlara, o cümlədən qadınlara və uşaqlara qarşı sərt və qəddar siyasət nümayiş etdirilir", - deyə F.Ələsgərov bildirib.

PA rəsmisi qeyd edib ki, güclü miqrasiya axını Qərb ölkələrinin ümumilikdə Yaxın Şərqə, Suriyaya münasibətdə siyasətinin nəticəsində yaranıb: “Avropa İttifaqında yaranmış vəziyyətdən çıxış yolunun tapılması məqsədilə geniş debatlar keçirilir.Lakin miqrasiya problemini həll edəcək konkret effektiv həll yolları tapılmayıb. Bu arada qaçqınların Avropa ölkələri üzrə yerləşdirilməsi məsələsində vahid mövqeyin, həmçinin kifayət qədər maliyyələşmənin təmin olunmaması, miqrantlarla işləyəcək kadrların olmaması miqrasiya böhranın daha da dərinləşdirir. Yaranan ağır vəziyyət onunla sonuclanır ki, bir çox hallarda qaçqınların ən elementar hüquqları belə pozulur.

Digər tərəfdən, miqrasiya böhranı fonunda Avropada irqçilik, dözümsüzlük, ksenofobiya, islamofobiya, milliyyətçilik xüsusiyyətləri də artır və bəzi avropalı siyasətçilər populyarlıqlarını artırmaq üçün millətçilik ritorikasından istifadə edir”.




F.Ələsgərov Azərbaycanın bu sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməklə miqrasiya problemlərinin həllinə öz töhfəsini verdiyini əlavə edib. Onun sözlərinə görə, Ermənistanın işğalına məruz qalan Azərbaycan ciddi miqrasiya problemi ilə üzləşib: "Azərbaycanın bu sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməklə miqrasiya problemlərinin həllinə öz töhfəsini verdiyini əlavə edib. 20-ci əsrin 80-ci illərindən Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı Ermənistan SSRİ ərazisində olan azərbaycanlılara qarşı başladılan etnik təmizləmə siyasəti, həmçinin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğalı nəticəsində bir milyondan artıq həmyerlimiz, yəni praktiki olaraq hər 8 nəfərdən biri zorakılıqla öz doğma yurdlarından çıxarılıb: “Sonrakı dövrdə, ciddi çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti bu qaçqın və məcburi köçkünlərin ilkin ehtiyaclarını təmin edib və onları cəmiyyətə inteqrasiya etməyə müvəffəq olub. Lakin Azərbaycan torpaqlarının işğalının neqativ nəticələri hələ də özünü göstərməkdir. Belə ki, bu ərazilər qanunsuz miqrasiya və digər təhlükəli transmilli cinayətkarlıq formalarının təşkili üçün istifadə olunur.

Miqrasiya proseslərinin güclənməsi müasir dünyada qloballaşma prosesinin əhəmiyyətli təzahürlər və nəticələrindən biridir.

Son illər miqrasiya proseslərinin güclənməsi bu faktoru əhəmiyyətini nəyinki dünya iqtisadiyyatında, həm də beynəlxalq münasibətlərdə artırıb.

Əfqanıstan, İraqSuriyada gərgin siyasi vəziyyət və hərbi əməliyyatlar həm ümumilikdə MDB məkanı, həm də bizim regiona təsir edən miqrasiya proseslərinin güclənməsində əhəmiyyətli rol oynayır. Bu anlamda sərhəd-buraxılış məntəqələrindən digər şəxslərin sənədi və ya saxta sənədlərlə Azərbaycana keçmək istəyən qeyri-leqal miqrantların sayında əhəmiyyətli artım müşahidə edirik. Sərhəd məntəqəsi olmayan ərazilərdən sənədlərsiz, şəxsiyyət vəsiqəsiz və ya müddəti bitən sənədlərlə sərhədi keçmək cəhdləri də müşayiət olunur”.

F.Ələsgərov həmçinin qeyd edib ki, son illər Azərbaycan miqrantların çıxdığı və tranzit ölkədən tədricən əmək miqrantlarının axın etdiyi ölkəyə çevrilir: "Ölkəmizdə əmək miqrasiyası daha çox xüsusi çəkiyə malikdir. Ölkənin əlverişli geosiyasi mövqeyi, sabit daxili siyasi vəziyyət, Azərbaycanın tolerantlığı, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi təbii şəkildə miqrasiya proseslərinin dinamikasına təsir göstərir. Nəticədə Azərbaycan tədricən miqrantların təyinat ölkəsinə çevrilir”.

Onun sözlərinə görə, bununla əlaqədar Azərbaycan Respublikasının prezident İlham Əliyevin tapşırığı ilə ölkədə miqrasiya siyasətinin gücləndirilməsi üzrə mühüm işlər görülüb: "Xüsusilə dövlət proqramı təsdiq edilib, qanunvericilik təkmilləşdirilib, institusional mexanizmlər yaradılıb və yeni informasiya texnologiyaları tətbiq edilib: “Etibarlı hesab və nəzarət sisteminin təşkili məqsədilə miqrasiya sahəsində vahid informasiya sistemi yaradılıb. Sərhəd məntəqələrində ölkədə qalmaq və yaşamaq barədə xarici vətəndaşları məlumatlarla təmin edən miqrasiya xidmətləri yaradılıb.

Azərbaycan respublikasının sərəncamı ilə əcnəbi vətəndaşlara viza verilməsi prosesi sadələşdirilib. Bu ilin noyabr ayında tərcümədə “rahat viza” anlamını verən “ASAN Viza” sistemi vasitəsilə vizalar rejim vaxtında elektron formatda veriləcək.

Qeyri-qanuni miqrasiya ilə mübarizədə effektivliyin artırılması üçün lazımı tədbirlər görülür, miqrasiya qanunvericiliyinin pozulmasına görə cəzalar sərtləşdirilib.

Görülən işlərə baxmayaraq, aydındır ki, miqrasiya axınlarını yalnız bir ölkənin səyləri hesabına idarə etmək mümkün deyil.

Göstərilən məqsədə nail olmaq üçün bizim ölməmiz müxtəlif beynəlxalq alətlərdən istifadə edir, beynəlxalq təşkilatlar və digər ölkələrin müvafiq orqanları ilə çoxtərəfli və ikitərəfli formada əməkdaşlıq edirik.

Biz MDB-dən olan tərəfdaşlarla 2015-2019-cu illərdə qeyri-qanuni miqrasiya ilə mübarizədə əməkdaşlıq proqramının reallaşdırılmasında iştirak edir və qeyri-qanuni miqrasiya ilə mübarizədə digər iştirakçı ölkələrlə birgə tədbirlər görürük.

Sonda vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikası Prezidenti bu gün Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının iclasının qeyri-qanuni miqrasiyanın qarşısının alınması və onunla mübarizədə birgə səylərimizin koordinasiyasının güclənməsinə, həmçinin demokratiya, sosial ədalət, insan hüquq və azadlıqlarına hörmət əsasında ümumi miqrasiya siyasəti strategiyasına konkret töhfə verəcəyinə əminliyini bildirib”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: