Bu gün Cahangir Hacıyevə hökm oxunacaq

Bu gün Cahangir Hacıyevə hökm oxunacaq
  14 Oktyabr 2016    Oxunub:1471
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirləcək.
AzVision.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda saxlanılan şəxslərə hökm oxunacaq.

Qeyd edək ki, dövlət ittihamçısı Cahangir Hacıyevin və digərlərinin 3 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmələrini, C. Hacıyevin 17 il, İlqar Abdullayevin 8 il, Yusif Ələkbərovun 11 il, İbrahim Hüseynovun 11 il, Anar Sultanovun 8 il, Məhəmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay 23 gün, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmələrini, C. Hacıyevin evindən götürülən qiymətli saat və digər vasitələrin borcun ödənilməsinə yönəldilməsini istəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti