`Pakistan və Azərbaycan qardaş ölkədir` - Nəvaz Şərif (Video)

`Pakistan və Azərbaycan qardaş ölkədir` - Nəvaz Şərif (Video)
  14 Oktyabr 2016    Oxunub:1774
“Azərbaycanda olmağımdan çox məmnunam”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif prezident İlham Əliyevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Pakistan və Azərbaycan iki qardaş ölkədir:

“İki ölkə arasında müxtəlif sahələr üzrə ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək lazımdır. Mənim hökumətim regional əməkdaşlıq siyasəti yürüdür və Pakistan-Çin iqtisadi dəhlizi (CPEC) buna parlaq nümunədir. Bizim regionun çox böyük potensialından tam şəkildə istifadə etmək lazımdır”.

Qeyd edək ki, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif Azərbaycana 3 günlük rəsmi səfərə gəlib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti