Onlar dövlət rüsumu ödəməyəcəklər

Onlar dövlət rüsumu ödəməyəcəklər
  14 Oktyabr 2016    Oxunub:1259
İnvestisiya layihələrini "Tik - idarə et - təhvil ver" (TİT) modelinə uyğun həyata keçirən investorlar dövlət rüsumu ödəməyəcək.
AzVision.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu, "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Sözügedən qanuna təklif olunan 3.3-cü maddəyə əsasən, investisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti