`Dünyada Bakı qədər təmiz şəhər görməmişəm` - Nəvaz Şərif
Bunu Bakıda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə danışıqları zamanı deyib.
“Cənab Prezident, deməliyəm ki, Pakistan xalqı Sizin dahi atanız mərhum Prezident Heydər Əliyevin uzaqgörənliyini, qardaş Azərbaycanın irəliləyişini, inkişafını və Sizin müdrik, mahir rəhbərliyinizi yüksək qiymətləndirir. Son 25 ildə Azərbaycanın əldə etdiyi irəliləyiş diqqətəlayiqdir”, - baş nazir vurğulayıb.
O bildirib ki, Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir: “Deməliyəm ki, biz dünəndən çox təsirlənmişik. Cənab Prezidentə dedim ki, mən dünyada bu qədər təmiz şəhər görməmişəm. Bəlkə də Bakı kimi təmiz şəhər gördüyümü unutmuşam. Lakin şübhəsiz ki, bu, mənim indiyədək olduğum ən təmiz şəhərlərdən biridir. Şəhərin planlaşdırılması, dünən və bu gün gördüyümüz gözəlliklər bizi məftun etdi. Bir daha Sizə təşəkkür edirəm”.
AzVision.az
Teqlər: