Prezident kralın vəfatı ilə bağlı başsağlığı verdi

Prezident kralın vəfatı ilə bağlı başsağlığı verdi
  14 Oktyabr 2016    Oxunub:1249
Azərbaycan prezidenti İlham Əliyev Tailand Krallığının baş naziri, general Prayut Çan-o-çaya başsağlığı məktubu göndərib.
AzVision.az-ın məlumatına görə, prezident Tailandın kralı Bhumibol Adulyadejin vəfatı xəbərinin onu olduqca kədərləndirdiyini qeyd edib.

"Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, Kral ailəsinin bütün üzvlərinə, dost Tailand xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Tailand kralı B. Adulyadej 89 yaşında vəfat edib.

AzVision.az


Teqlər:





Xəbər lenti