`Təfəkkür` Universitetinin rektoru işdən çıxdı

`Təfəkkür` Universitetinin rektoru işdən çıxdı
  17 Oktyabr 2016    Oxunub:2653
“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.
AzVision.az xəbər verir ki, universitetdən APA-ya verilən xəbərə görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti