Ronaldinyonu Bakıya kim gətirib? - Fotolar

Ronaldinyonu Bakıya kim gətirib? - Fotolar
  20 Oktyabr 2016    Oxunub:28453
Xəbər verdiyimiz kimi, Braziliya yığmasının və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Azərbaycana səfərə gəlib.

AzVision.az-ın əldə etdiyi məlumatına görə, məşhur futbolçu ölkəmizə “Qəbələ” futbol klubunun dəvəti ilə təşrif buyurub.

Məlumatı AFFA-dan da təsdiq ediblər. Bildirilib ki, Bakıda Olimpiya stadionunda Ronaldinyonun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, braziliyalı futbolçu Azərbaycana gəlməsi ilə bağlı “İnstagram” səhifəsində məlumat verib. O, şəklinə “Bakıda ilk gün” qeydini yazıb.

Xatırladaq ki, “Qəbələ” futbol klubunun prezidenti Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.





Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti