Əsəd Ərdoğanı hədələdi: `Təyyarələri vuracağıq`

Əsəd Ərdoğanı hədələdi: `Təyyarələri vuracağıq`
  21 Oktyabr 2016    Oxunub:2055
Türkiyənin hərbi təyyarələri Suriyanın hava məkanını pozsa, vurulacaqlar.
AzVision.az "Reuters”-ə istinadən xəbər verir ki, barədə Suriya Silahlı qüvvələrinin yaydığı bəyanatda bildirilib.

"Suriya ordusu və silahlı qüvvələri xəbərdarlıq edirlər ki, Türkiyə hərbi təyyarələri yenidən Suriyanın hava məkanını pozacaqları təqdirdə onları istənilən vasitələrlə vurmağa hazırdırlar”, - deyə bəyanatda vurğulanıb.

Suriya ordusunun komandanlığı, Ankaranı Hələbin şimalındakı yaşayış məntəqələrinə zərbələr endirərək 150 dinc sakini öldürməkdə günahlandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti