İsmayıllı yenə sürüşür - Evlər təhlükədədir

İsmayıllı yenə sürüşür - Evlər təhlükədədir
  24 Oktyabr 2016    Oxunub:2305
Son günlər intensiv yağan yağışlar İsmayıllı rayonunda sürüşmə sahələrində aktivləşməyə səbəb olub.
İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayevin AzVision.az-a verdiyi məlumata əsasən, rayonun Sədiyan və İstisu kəndlərində torpaq sürüşməsi olub.

“Hazırda güclü sürüşmə yoxdur. Amma Sədiyan kəndində 4 ev sürüşmə sahəsindədir. 1 ev çatın üzərində yerləşir. Sakinlərin təhlükəsizliyi üçün onlara evi boşlatmaları tövsiyyə olunub. 3 ev isə sürümə sahəsindədir, onlara baxış keçirilir. Əgər sürüşmə aktivləşərsə, onlara da evləri tərk etmələri bildiriləcək”.

R.Ağayev bildirib ki, İstisu kəndində torpaq sürüşməsi evlərə və mülki tikililərə ziyan vurmayıb: “Kəndin üzərinə torpaq axını hazırda dayanıb. Ərazidə ciddi sürüşmə müşahidə edilmir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti