Natiq Əliyev OPEC-in iclasına gedir

Natiq Əliyev OPEC-in iclasına gedir
  24 Oktyabr 2016    Oxunub:1822
OPEC və OPEC-ə üzv olmayan ölkələrin energetika nazirlərinin bu həftə Vyanada keçiriləcək görüşünə Azərbaycan dəvət olunub.
AzVision.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Azərbaycan energetika nazirliyinin mətbuat katibi Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, oktyabrın 28-31-də keçiriləcək Vyana görüşündə Azərbaycanı energetika Naziri Natiq Əliyev təmsil edəcək. O, əlavə edib ki, N.Əliyev artıq tədbirə iştirak üçün dəvət məktubu alıb.

Qeyd edək ki, görüşdə əsas müzakirə mövzusu neft hasilatının azaldılması və ya dondurulması olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti